Aranda yağmursuz, dağlarda yağıntılı keçir

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən aprelin 25-də Bakıda və Abşeron yarımadasında hava, əsasən, yağmursuz keçəcək. 

Mülayim cənub küləyi əsəcək. Gecə 14-18°, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 40-50 faiz olacaq. Azərbaycanın rayonlarında, əsasən, yağmursuz keçəcək. La­kin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 27-31°, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacaq. 

Q.QASIMOV
XQ

Ekologiya