Aranda yağmursuz, dağlarda qısamüddətli yağış, dolu…

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Gecə 15-18°, gündüz 24-29° olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65 %, gündüz 45-50 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Gecə 15-19°, gündüz 27-32°, dağlarda gecə 7-12°, gündüz 15-19°, bəzi yerlərdə 21-25° olacaq.

Q.ƏLİYEV
XQ

Ekologiya