“Xərçəng” indi dəmədə altına soxulub

post-img

Xroniki pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Onkoloq Yeliza­veta Vasilyeva pankreatitin xərçəngə çevrilmə ehtimalından danışarkən deyib ki, mədəaltı vəz xərçəngi tibdə ən təhlükəli və sürətli inkişaf edən xəstəlikdir.

Həkim onun ilkin mərhələdə aş­kar etməyin, demək olar ki, mümkün olmadığını, tam simptomsuz inkişaf etdiyini bildirib: “Çox zaman isə hiy­ləgərcəsinə digər həzm problemləri altında gizlənir. Mədəaltı vəzin ilti­habı, hüceyrələrinin nekrozu ilə nəti­cələnən pankreatit bu orqanda şişlə­rin yaranmasının əsas faktorlarından biridir. Əgər pankreatit irsidirsə, o za­man risk daha da artır.

Uzun illər davam edən, xüsusən nəzarət olunmayan pankreatitlər mə­dəaltı vəz xərçəngi riskini 25 dəfə ar­tırır. Bu o deməkdir ki, mədəaltı vəz xəstəliyi olanlar maksimum diqqətli olmalıdırlar”.

Onkoloq mədəaltı vəz xərçən­ginin risk faktorlarından danışıb. Bildirib ki, çox siqaret çəkmək, al­koqol qəbulu, heyvani qızartma ət və yağlara meyillilik təhlükəsi yarada bilər. O, həmçinin mədəaltı vəz xər­çənginin yaranmasında irsi faktorun və şəkər xəstəliyinin rolu olduğunu qeyd edib. Deyib ki, diabet xəstələ­rində 10 il sonra mədəaltı vəz çökə bilir. Tədqiqatlar sübut edib ki, məhz şəkərli diabetin olması artıq mədəaltı vəzin fəaliyyət və stukturunun pozul­masının ilk əlamətidir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat