Paşinyan: Ermənistan və Rusiya münasibətləri qarşılıqlı hörmətə əsaslanır

post-img

Ermənistan və Rusiya arasındakı münasibətlər institusional dərinliyə malikdir və qarşılıqlı hörmətə əsaslanır. Bu barədə parlament seçkilərində səs verdikdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib.

Paşinyan qeyd edib: "Ermənistan və Rusiya arasındakı münasibətlər institusional dərinliyə malikdir və qarşılıqlı hörmətə əsaslanır".

Onun fikrincə, müəyyən qüvvələr ölkələr arasındakı münasibətlərdə gərginlik yaratmağa çalışırlar. Lakin bu, baş tutmayacaq, çünki onun Rusiya lideri Vladimir Putinlə sıx münasibətləri qurulub.

Ermənistanda parlament seçkiləri başlayıb. Səsvermə iyunun 7-də yerli vaxtla saat 08:00-da start götürüb. İki mindən çox seçki məntəqəsi fəaliyyətə başlayıb. Ölkənin qanunverici orqanındakı yerlər uğrunda 18 siyasi qüvvə, yəni 16 partiya və iki blok mübarizə aparır.

XQ

Son xəbərlər