Oğuzda avtomobil yoluna aşmış ağacın qalıqları ərazidən təmizlənib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Oğuz rayonu ərazisində güclü külək nəticəsində irigövdəli ağac avtomobil yoluna aşıb və qısa müddət nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

XQ xəbər verir ki, səhər saatlarında Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun Sincan kəndindən keçən hissəsində ağacın yolun üzərinə düşməsi qeydə alınıb.

Hadisə yerinə dərhal Dövlət Yol Polisi əməkdaşları cəlb olunaraq ərazidə hərəkətin təhlükəsizliyini təmin ediblər. Daha sonra aidiyyəti qurumların əməkdaşları ağacı doğrayaraq yol kənarına çıxarıb, ərazini tullantılardan təmizləyiblər və nəqliyyatın hərəkəti tam bərpa olunub.

Hadisə