Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bakı–Tbilisi qatarı yalnız Tbilisiyə qədər hərəkət edir, Axalkalaki və Qars istiqamətində sərnişin daşımaları mövcud deyil.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev XQ-yə açıqlamasında bildirib ki, yayılan bəzi məlumatlar həqiqəti əks etdirmir.
O qeyd edib ki, Bakı–Tbilisi marşrutu üzrə qatar Tbilisidə sonlanır və Axalkalaki və Qarsa birbaşa sərnişin reysi yoxdur. ADY rəsmisi həmçinin qeyri-dəqiq məlumatların ekspert və ya turizm mənbələrinə əsaslanaraq yayılmamasını tövsiyə edib.

