Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın kişi voleybol millisindən ibarət yığma komanda bu gün Avropa Liqasında mübarizəyə başlayacaq.
XQ-nin məlumatına görə, baş məşqçi Boris Qrebennikovun rəhbərlik etdiyi kollektiv İsveçdə Yunanıstan millisi ilə qarşılaşacaq.
Oyun Lund şəhərində keçiriləcək və saat 18:00-da start götürəcək.
Qeyd edək ki, yığma sabah növbəti görüşünü ev sahibi İsveç komandasına qarşı keçirəcək.

