U-21 millimiz Bəhreynlə yoldaşlıq oyunu keçirəcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün yoldaşlıq matçında qüvvəsini sınayacaq.

XQ-nin məlumatına görə, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Bəhreynlə üz-üzə gələcək.

Görüş saat 18:00-da start götürəcək.

Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

İdman