Avropa çempionatı: Cüdoçularımız mübarizəyə başlayırlar

post-img

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Avropa çempionatı start götürüb. 

Qitə çempionatının ilk günündə yeddi cüdoçumuz mübarizə aparır. Kişilər arasında Balabəy Ağayev, Turan Bayramov (60 kq), Yaşar Nəcəfov (66 kq), qadınların yarışında isə Leyla Əliyeva (48 kq),  Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (52 kq), Açelya Toprak (57 kq)  medal qazanmağa çalışacaqlar.

Qeyd edək ki, aprelin 27-dək davam edəcək Avropa çempionatında Azərbaycanı ümumilikdə 13 cüdoçu təmsil edir.

L.SABİRQIZI
XQ

İdman