Paraüzgüçümüzdən qızıl medal

post-img

Azərbaycanın paraüzgüçüsü Vəli İsrafilov açıq Avropa açıq çempionatında uğurla çıxış edib. 

Portuqaliyanın Madeyra şəhərində keçirilən idmançımız yarışda 100 metr məsafəyə brass üzmə üsulunda finişə birinci çataraq qızıl medal qazanıb. 

Qeyd edək ki, turnirdə bundan əvvəl komandamızın digr üzvü Raman Saley 100 metr məsafəyə arxası üstə üzmə üsulunda Avropa çempionu olub, eyni məsafəyə üzmə üsulunda isə gümüş medal qazanıb.

L.SABİRQIZI
XQ

İdman