Respublikamızdakı 17 sığorta şirkətinin xətti ilə cari ilin yanvar-mart aylarında 373 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 7,6 faiz faiz çox) sığorta haqqı toplanılıb.
Mərkəzi Bankın məlumatında daha sonra bildirilir ki, hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 153 milyon manat (illik müqayisədə 49,9 faiz çox) təşkil edib.
Qeyd edək ki, ötən 3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,1 manatı ödəniş edilib. 2023-cü ilin eyni dövründə bu göstərici 29,5 manat olub.
XQ