I rübdə Qarabağın bərpasına – 1,2 milyard manat xərclənib

post-img

Cari ilin yanvar-mart aylarında Qarabağın yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən xərcləmələr 1 milyard 221 milyon manat (2023-cü ilin eyni dövrü ilə müqayisədə 58,6 milyon manat və ya 5 faiz çox) təşkil edib.

Maliyyə Nazirliyinin məlumatına görə, bu il işğaldan azad edilmiş ərazilərə büdcədə 3 milyard 825 milyon manat vəsa­it nəzərdə tutulub. Yanvar-mart aylarında bu məbləğin 31,9 faizi xərclənib.

XQ

İqtisadiyyat