Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb

post-img

Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanından nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən XQ-ə bildiriblər ki, mayın 16-da Azərbaycan Respublikasının baş nazirinin müavini, Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı Birgə hökumətlərarası Komissiyanın həmsədri Samir Şərifov Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasında Səudiyyə iştirak üçün Bakıya gəlmiş nümayəndə heyətinin rəhbəri, bələdiyyələr və mənzil naziri Məcid bin Abdullah əl-Hogaili ilə görüşüb.

Görüş zamanı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsindən və Səudiyyə Ərəbistanının Forumda iştirakından məmnunluq ifadə olunub.

İki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.

Müasir şəhərsalmaya dair məsələlər, həmçinin Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi münasibətlərin perspektivinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər