Vergiödəyici artımı – 7 faiz

post-img

Dövlət Vergi Xidmətindən aldığımız məlumata görə, cari ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 537 min 952 vergiödəyicisinin 87,3 faizini fiziki şəxslər, 12,7 faizini isə hüquqi şəxslər təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərin ümumi sayı 7,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,4 faiz, hüquqi şəxslərin sayı isə 8 faiz artıb.

Sahibkarların uçot məlumatlarının düzgünlüyünün təmin edilməsi və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması istiqamətində aparılan işlər bir çox sahədə fəaliyyətin leqal­laşmasına, aktiv ödəyici kateqoriyasının artmasına imkan verib.

Bu ilin aprelin 1-nə dövlət qeydiyyatında olan kommersi­ya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 36 min 134 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb.

XQ

İqtisadiyyat