Avropa Parlamentinin əsassız və qərəzli ittihamları cavablandırılıb

post-img

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin ölkəmizdə vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnaməsinə münasibət bildirib. Bununla bağlı yayılan açıqlamada deyilir:

“Milli Məclis aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzli siyasi ak­siya kimi qiymətləndirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edir. Bu bey­nəlxalq təşkilatın Azərbaycan torpaqları­nın Ermənistan tərəfindən 30 illik işğalı­na son qoyulması ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə qarşı düşmənçilik və qarayaxma kampa­niyası aparan qüvvələrin əlində alətə çev­rilməsi təəssüf doğurur. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul edib”. 

Bəyanatda daha sonra qeyd edilir ki, Ermənistan ilə Azərbaycan arasında mü­naqişədən sonra normallaşma prosesinin irəliyə aparılması üçün tədbirlərin görül­düyü, xüsusilə sərhədlərin delimitasiyası istiqamətində ilk ümidverici nəticələrin əldə olunduğu dövrdə Avropa Parlamen­tinin növbəti aksiyası Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəməyən, səlibçilik düşüncəsinə qapılan qüvvələrin bu sülh prosesinə zərbə vu­ran, ölkəmizin nüfuzuna xələl gətirməyə yönələn bir addımdır: “Bütün bunlar təş­kilatda hökm sürən azərbaycanofob, tür­kofob və islamofob əhvali-ruhiyyənin son dövrlərdə daha da gücləndiyini göstərir”. 

Sənədin sonunda deyilir ki, ölkəmizə qarşı yönələn bu cür qərəzli kampaniyalar ikitərəfli münasibətlərin inkişaf perspek­tivlərinə xələl gətirməklə yanaşı, Avropa Parlamentinin nüfuzuna daha bir zərbə vurur: “Milli Məclis Avropa Parlamentini ölkəmizdə demokratik quruculuq sahə­sində həyata keçirilən işlərə kölgə salan hərəkətlərdən çəkinməyə, ölkəmizlə bağlı məsələlərdə obyektiv mövqe tutmağa, si­yasi mülahizələrə əsaslanan birtərəfli ya­naşmadan çıxış etməməyə çağırır”.

XQ

Son xəbərlər