Stolüstü tennisçimizdən növbəti mükafat

post-img

Stolüstü tennisçimiz Onur Quluzadə “WTT Youth Contender” turnirində uğurla çıxış edib.

Belçikanın Spa şəhərində təşkil olunan yarışa məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə qatılan idmançımız qrup mərhələsində Fransa, Belçika, Portuqaliya və Ukrayna idmançılarına 3:0 hesabı ilə qalib gələrək pley-offa lider kimi adlayıb. 1/8 finalda belçikalı Noa Varrandaya 3:1, daha sonra ispaniyalı Ladimir Mayorova 3:2 hesabı ilə qalib gələrək yarımfinala adlayan təmsilçimiz burada fransalı Nolan Konstona 2:3 hesabı ilə uduzaraq turnirin bürünc medalı ilə kifayətlənib.

Qeyd edək ki, bu, istedadlı idmançının cari ildə beynəlxalq yarışlarda qazandığı 6-cı mükafatdır. 

L.SABİRQIZI
XQ

İdman