Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

post-img

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 25-də Monteneqro Respublikasına rəsmi səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə Milli Məclisin Monteneqro ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İqbal Məmmədov, deputatlar Hikmət Məmmədov, Aqiyə Naxçıvanlı, Kamaləddin Qafarov, Sevil Mikayılova, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində spiker Sahibə Qafarovanın bir sıra görüşləri nəzərdə tutulub.

Son xəbərlər