Daşkənddə keçirilən konfransda Azərbaycan alimi də çıxış edib

post-img

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Məktəbəqədər təhsil: müasir yanaşma və beynəlxalq təcrübə” mövzusunda beynəlxalq elmi- praktik konfrans keçirilib. 

Konfransı giriş sözü ilə universitetin rektoru, professor Abdugaffor Kirgizbayev açaraq tədbir iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

Tədbirdə Özbəkistandan başqa Azərbaycan, Türkiyə, Rusiya, Koreya, Keniya, Qırğızıstanın bir sıra ali , məktəbəqədər təhsil  və elmi müəssisələrin professor və müəllimləri, universitetin “Məktəbəqədər təhsil” fakültəsinin tələbələri iştirak edib. 

Konfransda  Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin “Azərbaycan dilinin tədrisi və təbliği” layihəsi çərçivəsində Daşkənd universitetlərində Azərbaycan dilini tədris edən filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva “Azərbaycan təhsil müəssisələrindəki müasir inkişaf tendensiyaları və xarici təcrübələr” mövzusunda çıxış edib. O, Azərbaycan cəmiyyətində uşaqlara hər zaman xüsusi dövlət qayğısının olmasından, onların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetişməsində təhsil müəssisələrinin xüsusi rolundan danışıb.

Konfransda iştirak edən digər çıxışçılar da təhsil müəssisələrindəki təlim-tərbiyə üsulları, təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi, düzgün aparılan pedaqoji təcrübələr barədə fikir mübadiləsi aparıblar. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       

 



Mədəniyyət