Naxçıvan Ali Məclisinin plenar iclası

post-img

Aprelin 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclasında Ceyhun Ramiz oğlu Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatına baxılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov gündəlikdə duran bu məsələ və namizəd barədə məlumat verdikdən sonra təqdi­mat oxunub. “Ceyhun Ramiz oğlu Cəli­lovun Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilməsi haqqında” Nax­çıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib. Anar İbrahimov Prezident İlham Əliyevin yük­sək etimadı ilə yeni vəzifəyə təyin olun­ması münasibətilə Ceyhun Cəlilovu Ali Məclis adından təbrik edib, muxtar res­publika hökumətinin yeni rəhbərinə məsul fəaliyyətində uğurlar arzulayıb. 

Ceyhun Cəlilov yüksək etimada görə Prezident İlham Əliyevə dərin minnət­darlığını bildirib. O qeyd edib ki, ölkənin hərtərəfli tərəqqi strategiyasının davamı olaraq, “Naxçıvan Muxtar Respublikası­nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda bu il yaranmasının 100 illiyi tamam olan mux­tar diyarın inkişafının prioritet istiqamətləri müəyyən edilib. Qarşıda duran vəzifələrin kompleks və uğurla icra edilməsində səy­lərini əsirgəməyəcəyini deyən baş nazir muxtar respublika rəhbərliyinə, təqdimatı yekdilliklə qəbul etdiyinə görə deputatlara təşəkkür edib.

Ali Məclisin iclasında yeni baş nazirin təyin edilməsi ilə bağlı Səbuhi Məmmə­dovun həmin vəzifədən, Ceyhun Cəlilo­vun isə yeni təyinatla əlaqədar muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edil­mələri barədə qərarlar səsə qoyularaq qəbul edilib.

XQ

Son xəbərlər