Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib.
Məlumata görə, aprelin 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 3 tüfəng, 2 patron darağı və 8 ədəd patron təhvil götürüblər.
Odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər də davam etdirilir.
P.ƏMİRCANOV
XQ