Malta və San Marino ilə görüşlərin hakimləri açıqlanıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan milli komandasının iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları açıqlanıb. 

XQ xəbər verir ki, hər iki qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi Mixali Kaprali olacaq. Ona Balaş Buzaş və Bençe Belitsa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Tamaş Boqnar yerinə yetirəcək.

İdman