Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Fransada ölkə ərazisində ilk dəfə Ebola virusuna yoluxma halı təsdiqlənib.
Fransa Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, virusa yoluxan şəxs Konqo Demokratik Respublikasında (KDR) humanitar missiyada çalışan həkimdir.
Bildirilir ki, həkim virusun yayıldığı bölgələrdən birindən geri döndükdən sonra xüsusi ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu açıqlanıb.
Xatırladılır ki, Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması davam edir və indiyədək 1094 yoluxma halı qeydə alınıb, onlardan 277-si ölümlə nəticələnib.

