Türkiyə və Ermənistan liderləri arasında telefon danışığı olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 2-də Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.

XQ-nin məlumatına görə, söhbət zamanı tərəflər Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi və regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Prezident Ərdoğan qeyd edib ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində işlər davam edir. O, bu çərçivədə birbaşa ticarət əlaqələrinin qurulmasına yönəlmiş addımların atıldığını vurğulayıb.

Türkiyə lideri həmçinin ölkəsinin Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasına dəstək verdiyini, bu məqsədə xidmət edən təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib.

Telefon danışığı zamanı Nikol Paşinyan da Prezident Ərdoğanın Qurban bayramı münasibətilə ünvanladığı təbriklərə görə təşəkkür edib və bayram münasibətilə xoş arzularını çatdırıb.

Dünya