Xidmət rəhbəri: Qızılarx və Boztəpə kanallarının yenidən qurulması başa çatdırılıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti  

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə Mil-Muğan bölgəsində mühüm layihələr həyata keçirilib.

XQ xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev Saatlı rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə keçirilən müşavirədə bildirib.

O vurğulayıb ki, İmişli rayonunda 10 min 838 hektar sahəni suvarma suyu ilə təmin edən Qızılarx, eləcə də İmişli və Beyləqan rayonlarının ümumilikdə 9 min 791 hektar sahəsinin su təminatının yaxşılaşdırılması məqsədilə Boztəpə kanallarının yenidən qurulması işləri yekunlaşdırılıb.

Sosial həyat