Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İyun 2-də "Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf “Chevron” şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes ilə görüşüb.
XQ xəbər verir ki, görüşdə “Chevron” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti məmnunluqla qeyd olunub. "Bakı Enerji Həftəsi"nin açılış mərasimi çərçivəsində SOCAR ilə “Chevron” arasında imzalanmış sənədin əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb və bu istiqamətdə görüləcək işlər nəzərdən keçirilib.
Söhbət zamanı şirkətlər arasında Azərbaycanda və digər ölkələrdə birgə layihələrin həyata keçirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.



