Texnologiya Universitetində yeni laboratoriya istifadəyə verilib

post-img

Azərbaycan Texnologiya Universitetində “Nar” şirkətinin dəstəyi ilə qurulan yeni laboratoriyanın açılışı olub.

Universitetdən verilən məlumata görə, ATU ilə "Nar" əməkdaşlığı çərçivəsində istifadəyə verilən mobil rabitə laboratoriyası Avtomatika və informasiya texnologiyaları kafedrasının nəzdində yaradılıb.

Yeni laboratoriyanın açılışı ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən, dosent Yaşar Ömərovla “Nar”ın (“Azerfon” MMC) Baş icraçı direktoru Qunnar Pankenin iştirakı ilə keçirilib.

Açılış zamanı Yaşar Ömərov bildirib ki, yüksək keyfiyyətli mütəxəssislərin hazırlanması üçün ATU elm və tədris-təcrübə sahəsində aparıcı şirkətlər, dövlət və özəl müəssisələri ilə sıx əməkdaşlıq edir. O "Nar" şirkətinin də bu qəbildən olduğunu ifadə edərək, şirkətin kadr hazırlığına dəstəyini yüksək qiymətləndirib.

Qunnar Panke isə deyib ki, yeni istifadəyə verilən laboratoriya bölgələrdə azərbaycanlı rabitə mütəxəssislərini yetişdirmək istiqamətində “Nar”ın ölkənin rabitə sahəsinə yatırımıdır.

Noutbuk və digər zəruri avadanlıqlarla təchiz edilmiş laboratoriya mobil rabitə texnologiyalarının təcrübədə öyrənilməsini təmin edəcək.







Təhsil