Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib ki, hazırda 4 min Azərbaycan vətəndaşı dializdədir. Məktəbə gedə bilməyən, universitetdə oxuya bilməyən, ailə həyatı qura bilməyən nə qədər gənc oğlan və qızlarımız dializ xəstəsidir.
Nazirlik rəsmisi böyrək transplantasiyasından sonra həmin şəxslərin normal həyat yaşayacaqlarını vurğulayaraq deyib ki, böyrəyi, qaraciyəri canlı donordan da götürmək mümkündür, amma ürəyi yox. Bu gün Azərbaycanda ürəyə ehtiyacı olan insanlar var. Ürək ancaq meyit donordan köçürülə bilər. Bu işin həyata keçirilməsi üçün təkcə xəstə yaxınları deyil, bütün insanlar maariflənməlidir ki, reyestrə daxil olub donor olsunlar.