Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinin iştirakı ilə Gəncə şəhərində səhiyyə işçiləri həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının üzv və tabe təşkilatlarla iş və maarifləndirmə şöbəsinin müdiri İlahə Abbaszadə də iştirak edib.
Tədbir zamanı həmkarlar ittifaqına üzvlərin əmək münasibətləri, sosial müdafiə müəsələləri, iş şəraiti və mövcud problemlər ətrafında çıxışlar dinlənilib. Çıxışlar ətrafında müzakirələrdən sonra, görüş iştirakçılarının sualları cavablandırılıb, onların təklif və müraciətləri dinlənilib.
Görüşün sonunda səhiyyə işçiləri həmkarlar ittifaqı tərəfindən həyata keçirilən fəaliyyətlər, sosial dəstək tədbirləri və qarşıda duran prioritet istiqamətlər barədə iştirakçılara ətraflı məlumat verilib.
Z.HÜSEYNOVA
XQ




