NATO-nun Baş katibi Mark Rütte bu gün alyansın Brüsseldəki qərargahında Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edəcək.
Bu, oktyabrın əvvəlindən bəri NATO rəhbərinin Ukrayna lideri ilə üçüncü görüşüdür.
“Bu gün NATO-nun qərargahda Volodimir Zelenskini qəbul edəcəyəm. Bu onunla Kiyev səfərindən və Londondakı danışıqlardan sonra üçüncü görüş olacaq”, - deyə Mark Rütte bildirib.
Baş katibin sözlərinə görə, o, görüş zamanı Volodimir Zelenskidən Rusiya ilə şərq cəbhəsində və Kursk istiqamətində vəziyyət barədə məlumat alacaq, həmçinin prezidenti NATO-nun son qərarları barədə məlumatlandıracaq.