AFFA-nın baş katibi Cahangir Fərəcullayev FIFA-nın təşkil etdiyi sammitdə iştirak edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

AFFA-nın baş katibi Cahangir Fərəcullayev ABŞ-nin Mayami şəhərində təşkil olunan FIFA İcraedici Futbol Sammitində iştirak edib.

XQ xəbər verir ki, AFFA-nın mətbuat xidmətinin məlumatına görə, 2026-cı il dünya çempionatı çərçivəsində keçirilən sammitdə futbolun inkişaf perspektivləri geniş müzakirə olunub. Tədbir çərçivəsində gənc futbolçuların yetişdirilməsi, strateji planlaşdırma və futbol idarəçiliyinin gələcək istiqamətlərinə dair rəsmi sessiyalar baş tutub.

Bununla yanaşı, müxtəlif ölkələrin futbol qurumlarının nümayəndələri arasında fikir mübadiləsi aparılıb, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və gələcək layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr keçirilib.

İdman