Türkiyə millisi mundiala məğlubiyyətlə start verib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında daha iki oyun keçirilib.

XQ xəbər verir ki, C qrupunda Şotlandiya millisi Haitini 1:0 hesabı ilə məğlub edərək mundiala qələbə ilə başlayıb.

D qrupunda yer alan Türkiyə yığması isə Avstraliya seçməsi ilə qarşılaşıb. Görüş "ay-ulduzlular"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, bu qrupun ilk oyununda ABŞ millisi Paraqvaya 4:1 hesabı ilə qalib gəlmişdi.

İdman