Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib ki, Avropa İttifaqına üzv dövlətlər və ilə üzvlük danışıqlarının ilk blokunun açılması barədə razılığa gəliblər.
Onun sözlərinə görə, bazar ertəsi keçiriləcək ilk hökumətlərarası konfransda üzvlük prosesinin əsasını təşkil edən fundamental məsələlər üzrə danışıqlara start veriləcək. Bu blok hüququn aliliyi, demokratik institutların möhkəmləndirilməsi və Avropa İttifaqının əsas dəyərlərini əhatə edir.
Ursula Fon der Lyayen qeyd edib ki, bu qərar Ukrayna və Moldovanın mürəkkəb şəraitdə həyata keçirdikləri islahatların, göstərdikləri qətiyyətin və siyasi iradənin tanınmasıdır. O vurğulayıb ki, bu addım həm də Avropa İttifaqının sülh, sabitlik və inkişaf imkanları təqdim edən modelinə olan etimadın göstəricisidir.
Avropa Komissiyasının rəhbəri genişlənməni strateji seçim adlandıraraq bildirib ki, yeni üzvlərin inteqrasiyası qitədə sülhün, təhlükəsizliyin və rifahın möhkəmlənməsinə xidmət edir. Onun fikrincə, qlobal qeyri-müəyyənliyin artdığı dövrdə daha böyük Avropa İttifaqı bütün üzv ölkələrin ortaq maraqlarına cavab verir və birlik üçün gələcəyə ən mühüm investisiyalardan biridir.
XQ

