Azərbaycan Ağırlıqqaldırma Federasiyası tərəfindən quruma müraciət edən idman məktəbləri və klublar bölgü əsasında ştanq dəsti avadanlıqları ilə təmin olunur.
Federasiyadan verilən məlumata görə, növbəti avadanlıqlar “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və “Təhsil” Respublika İdman Mərkəzinin Bakıda yerləşən 5 nömrəli ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinə təhvil verilib.
Qabil YUSİFOĞLU
XQ

