WSJ: SpaceX smartfona bənzər süni intellekt cihazının prototipini hazırlayır

post-img

İlon Maskın "SpaceX" şirkəti xarici görünüşcə smartfonu xatırladan süni intellektli cihazın prototipini hazırlayıb və bu yaxınlarda onu investorlara təqdim edib. Bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin məlumatına görə, cihaz "iPhone"dan daha nazik korpusa sahibdir, "xAI" texnologiyalarının inteqrasiya olunduğu şəxsi əməliyyat sistemi ilə işləyir və "Qualcomm Snapdragon" prosessorundan istifadə edir.

Mənbələr qeyd edir ki, layihə hazırda ilkin sınaq mərhələsindədir, bu səbəbdən onun dizaynı və texniki göstəriciləri dəyişə bilər, cihazın özü isə ümumiyyətlə kütləvi istehsala buraxılmaya bilər. Konsept Maskın Çinin "WeChat" və "Alipay" tətbiqlərinin analoqu olaraq, süni intellekti və geniş çeşidli rəqəmsal xidmətləri özündə birləşdirən "hər şey üçün tətbiq" yaratmaq ideyasına əsaslanır.

XQ

İKT