AYNA: 20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri təşkil edilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Paytaxtda tibb müəssisələrinə gələnlər üçün əlavə şəraitin yaradılması istiqamətində işlər davam etdirilir.

XQ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Daha 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq “5.14” – “minik taksilərinin duracaq yeri” və 3.28” – “durmaq qadağandır” yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil edilib.  

Layihənin davamı olaraq: 

- Məzahir Rüstəmov küçəsi, 7 nömrəli şəhər poliklinikasının, 

- Lermontov küçəsi, 22 nömrəli şəhər poliklinikasının, 

- Abay Kunanbayev və Süleyman Sani Axundov küçələrinin kəsişməsi, 25 nömrəli şəhər poliklinikasının,

- Məmmədəli Şərifli küçəsi, 4 nömrəli Vərəm Əleyhinə Dispanserin,

- Əhməd Cavad küçəsi, Respublika Kliniki Uroloji Xəstəxasının, 

- Əcəmi Naxçıvani küçəsi, “Medera Hospital”ın, 

- Natiq Əhmədov küçəsi, “Məlhəm Beynəlxalq Hospitalı”nın yanında müvafiq nişanlar yerləşdirilməklə sərnişinlərin taksi və fərdi nəqliyyat vasitələrinə rahat minib-düşməsi təmin edilib.  

Beləliklə, bu günədək paytaxtın 20 ünvanında yerləşən tibb və sosial xidmət müəssisələrinin qarşılarında minib-düşmə yeri və taksilərin sərnişinləri düşürmələri üçün imkan yaradılıb.  

Sosial həyat