Tramp Fransadan idxal olunan şərab və şampan şərablarına 100%-lik gömrük rüsumu tətbiq edəcəyi ilə hədələyib

post-img

ABŞ Prezidenti Donald Tramp, rəsmi Paris Amerika şirkətlərinə qarşı rəqəmsal vergini ləğv etməyəcəyi təqdirdə, Fransa şərablarına və şampanlarına 100%-lik gömrük rüsumu tətbiq edəcəyi ilə Fransanı hədələyib. Bu barədə "The New York Post" qəzeti yazır.

"Mən ondan (Fransa Prezidenti Emmanuel Makrondan) Amerika şirkətlərindən vergi tutmamağı xahiş etdim və əgər onlar bunu etsələr, Fransadan gələn bütün şampan və şərablar üçün 100 faizlik rüsumlar tətbiq etməkdən başqa seçimim qalmayacaq", - deyə cənab Tramp bəyan edib.

ABŞ Prezidenti bu barədə fransalı həmkarı ilə birbaşa danışdığını və texnologiya şirkətləri üçün tətbiq edilən 3%-lik verginin ləğv olunmasını tələb etdiyini qeyd edib. Bu rüsum Fransada 2019-cu ildən bəri qüvvədədir və "Alphabet", "Amazon", "Apple" kimi nəhənglərin yerli gəlirlərini vergiyə cəlb edir.

May ayında "Bloomberg" agentliyi xəbər vermişdi ki, ABŞ-ın Federal Ticarət Məhkəməsi Donald Trampın xarici idxala tətbiq etdiyi 10%-lik gömrük rüsumunu qanunsuz hesab edib. Söhbət prezident tərəfindən 2026-cı il bəyan olunan fevral ayında tətbiq edilmiş 10 faizlik tariflərdən gedir. Məhkəmə bir qrup kiçik biznes subyektinin və iyirmidən çox ştatın iddiasını təmin edib. Şirkətlər prezidentin öz səlahiyyətlərini aşdığını israr edirdilər.

S.ELAY

XQ

Dünya