Qırğızıstanın Cəlal-Abad vilayətinin Çatkal rayonunda Ak-Say dağında qar uçqunu nəticəsində 6 nəfər itkin düşüb.
Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər. Nazirlikdən bildiriblər ki, oktyabrın 9-da 14 nəfərdən ibarət qrup dağlara çıxıb. Axtarış zamanı onların 8-i tapılıb. Oktyabrın 14-ü axşam saatlarında məlum olub ki, 6 nəfər və 16 at qar altında qalıb.
FHN-in xilasetmə əməliyyatlarına beş xilasedici, on yerli sakin və mülki müdafiə texnikası cəlb edilib.