Portuqaliya yığmasının Azərbaycan milli komandası ilə oyunlar üçün heyəti açıqlanıb

post-img

Qadın futbolçulardan ibarət Portuqaliya yığmasının Avropa çempionatının pley-off mərhələsində Azərbaycan milli komandası ilə keçiriləcək oyunlar üçün heyəti açıqlanıb.

Portuqaliya Futbol Federasiyasının rəsmi saytı xəbər verir ki, baş məşqçi Fransisko Netu 25 futbolçuya dəvət göndərib.

Qapıçılar: İneş Pereyra (“Everton”, İngiltərə), Patrisiya Moraiş (“Braqa”), Rute Koşta (“Benfika”);

Müdafiəçilər: Joana Marşao (“Servett”, İsveçrə), Ana Seysa (“Tiqres”, Meksika), Diana Qomeş (“Sevilya”, İspaniya), Katarina Amadu, Karole da Silva Koşta (hər ikisi “Benfika”), Ana Borxes, Alişiya Korreya (hər ikisi “Sportinq”), Ana Rute (“Braqa”);

Yarımmüdafiəçilər: Andreya Xasintu (“Real Sosyedad”, İspaniya), Tatyana Pintu (“Atletiko”, İspaniya), Frantsiska Nazaret (“Barselona”, İspaniya), Andreya Fariya, Andreya Norton (hər ikisi “Benfika”), Fatima Pintu, Andreya Bravo (hər ikisi “Sportinq”), Doloreş Silva (“Braqa”);

Hücumçular: Cessika Silva (“Skay Blu”, ABŞ), Telma Enkarnasan, Diana Silva, Ana Kapeta (hamısı “Sportinq”), Karolina Mendeş (“Rasinq Pouer”), Stefani Ribeyru (UNAM, ABŞ).

Qeyd edək ki, Azərbaycan millisi Portuqaliya ilə ilk oyununu oktyabrın 25-də Bakıda, cavab matçını isə bundan 4 gün sonra Braqa şəhərində keçirəcək.

İdman