Naxçıvanda karbon aksiyası

post-img

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin məlumatına görə, qədim diyarda bir gün ərzində 130 min kubmetr həcmində təbii qaza qənaət edilib. Belə ki, oktyabrın 11-də muxtar respublikanın 947 min 508 Kv/saat elektrik enerjisinə tələbatı tam “yaşıl” enerji hesabına ödənilib. Digər günlərlə müqayisədə, təqribən, 130 min kubmetr həcmində təbii qaza qənaət edilib, həmin gün karbon emissiyası sıfıra düşüb.

Energetika Xidmətindən verilən məlumata görə, COP29 çərçivəsində bu addımların atılması muxtar respublikada alternativ enerji mənbələrindən daha səmərəli istifadə edilməsinə səbəb olacaq.

Ekologiya