Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının Ağdərə şəhərində keçirilən iclasının iştirakçıları iyunun 17-də Xoclıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanış olublar.
XQ xəbər verir ki, iclas iştirakçılarına “Fruit Valley” MMC-nin və “Yard Agro” MMC-nin həyata keçirdikləri layihələr barədə məlumat verilib. Bildirilib ki, burada istehsal olunan məhsulların həm daxili, həm də xarici bazarlarda satışı nəzərdə tutulub.

