Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 13-16°, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə və gündüz 65-75 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 17-21°, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacaq.
Q. QASIMOV
XQ