“Su və gender bərabərliyi”

post-img

ADA universitetində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ADA universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, COP29 təşkilat komitəsinin üzvü Bahar Muradova məclisdə çıxış edərək qadınların su resurslarının idarə olunmasına cəlb edilməsinin ümumi işə müsbət təsir göstərə biləcəyini vurğulayaraq deyib: “Su, təhsilə əlçatanlılıq, gender bərabərliyi, yüksəkixtisaslı kadr hazırlığı üzrə hədəflərimiz üçün vacib amildir. Bu bir həqiqətdir ki, su həyat mənbəyidir və onun ədalətli şəkildə paylanılması da xüsusi əhəmiyyət kəsb edir”.

Komitə sədri sudan istifadənin təbii ehtiyac olduğunu vurğulayaraq suya əlçatanlılığın arzuedilən səviyyədə olmadığını vurğulayaraq suya ehtiyacın ödənilməsində, onu toplanılmasında, səmərəli istifadə edilməsində qadınların üzərinə daha çox vəzifə düşdüyünü bildirib. O, qadınların su resurslarının idarə olunmasına cəlb edilməsinin ümumi işə müsbət təsir göstərə biləcəyini xatırladıb və bunun üçün xüsusi proqramların hazırlanıb işlənilməsi zəruriliyini diqqətə çatdırıb.

B.Muradova çıxışında gender yanaşmalarında xüsusi əhəmiyyət verilən mütəxəssis hazırlığına toxunub və elmi-tədqiqat işlərində gender bərabərliyinin təmin edilməsinin mühüm önəm daşıdığını vurğulayıb.

XQ

Sosial həyat