Sevil Heydər qızı Əliyeva "Şərəf" ordeni ilə təltif edilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Sevil Heydər qızı Əliyeva “Şərəf” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 oktyabr 2025-ci il"