TAİB-in nümayəndələri Cəfər Cabbarlı və Mikayıl Müşfiqin ev-muzeyini ziyarət ediblər

post-img

Xəbər verdiyimiz kimi bu il ölkəmizdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyinə həsr olunmuş silsilə tədbirlər  keçirilir.

28 aprel 2024-cü il tarixində Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədovun və TAİB-in sədri, akademik Sudeif İmamverdiyevin imzaladıqları tədbirlər planına əsasən növbəti tədbir Xızıda ədibin dünyaya gəldiyi  ev-muzeyində düzənlənib.

TAİB-in sədr müavini Eyvaz Hümbətovun başçılıq etdiyi nümayəndə heyəti ən əvvəl Xızı rayonunun mərkəzində ucalan ümummili lider Heydər Əliyevin abidəsini,sonra şəhidlər xiyabanını daha sonra isə Cəfər Cabbarlının abidə- komplekslərini ziyarət edib,tər güllər düzüblər.

Tədbir Cəfər Cabbarlının  ev-muzeyində davam edib. Muzeyin direktoru Həcər Rəsulova TAİB gənclərinə və eləcə də digər qonaqlara ədibin həyat və yaradıcılığından bəhs edib,muzeyin yaranma tarixindən geniş söhbət açıb.
Qonaqları maraqlandıran suallara muzey rəhbəri cavablandırdıqdan sonra TAİB gənclər təşkilatının fəalları Cəfər Cabbarlı qısa və mənalı ömrü ilə bağlı qorunub saxlanılan materiallarla tanış olub,bəşəriyyətə böyük bir düha bəxş edən kiçik bir evin otaqlarını ziyarət ediblər.

Tədbir başa çatdıqdan sonra TAİB-in nümayəndələri Azərbaycan poeziyasının işıqlı simalarından biri,azman şair Mikayıl Müşfiqin də ev-muzeyini ziyarət ediblər.

Vətənimin Xızı -Bərmək mahalı, 
Dilimizin əzbəridir, sözüdür!
Xınalı dağların naxışı - xalı...
Azərbaycan gözəlliyin özüdür !

Mübariz Süleymanlı
Azərbaycan Yazıçılar Birliyinin  üzvü, şair-publisist





Mədəniyyət