Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin birgə tədbiri

post-img

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Ağcabədi rayo­nunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksək rütbəli hərbi qulluqçuları birgə tədbir keçirib.

Hərbi prokurorun böyük köməkçisi – mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Ağdam hərbi pro­kuroru Elnur Kərimov polkovnik Gülməm­məd Rzayev, polkovnik-leytenant Meh­man Ədilovvə başqaları çıxış edərək Ulu öndərin həyat və yaradıcılığından, xalqı­mız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizdə gö­rülən misilsiz işlərdən və bu uğurların qa­zanılmasında Birinci vitse-prezident Meh­riban Əliyevanın dəstəyindən danışıblar.

Eyni zamanda, xidmətə yeni başlayan hərbi qulluqçuların andiçmə mərasimi ke­çirilib. Sonda ağaclar əkilib.

XQ

Son xəbərlər