BAMF təmsilçiləri BMT Baş Qərargahında

post-img

Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndələri BMT-nin Nyu-Yorkdakı Baş Qərarga­hında işgüzar səfərdə olublar.

Səfər zamanı BAMF-ın vitse-prezi­denti Oğuz Mirzəyev və BAMF-ın İnsan Resursları üzrə mütəxəssisi Heydər Rza­yev BMT-nin baş qərargahında bir sıra konfranslarda fəal iştirak edərək aktual və qlobal məsələlərə dair fikir mübadiləsi aparıblar. Daha sonra BAMF nümayən­dələri BMT-nin QHT Bölməsinin rəhbə­ri, cənab Vuk-Jin Çanq ilə görüşüblər. Söhbət zamanı hər iki tərəfin humanitar səylərinin inkişaf etdirilməsi, sülhün təş­viq edilməsi, tərəfdaşlığı gücləndirmək və əməkdaşlığı genişləndirmək barəsində müzakirələr aparılıb. Azərbaycan QHT-lə­rinin BMT-nin ECOSOC-da təmsilçiliyinin və inteqrasiyasının gücləndirilməsi stra­tegiyaları, o cümlədən ölkəmizdə yerli QHT-lər üçün bu qurumun statusunun necə əldə edilməsi ilə bağlı onlayn ses­siyaların keçirilməsi təklifi də nəzərdən keçirilib.

Müzakirə olunan digər mühüm möv­zu isə BAMF-ın dördillik hesabatlarının BMT-yə təqdim edilməsi olub. Sonda Vuk-Cin Çanqa BAMF-nin Azərbaycana səfər barədə dəvəti çatdırılıb.

XQ

Son xəbərlər