Azərbaycan–Ukrayna əməkdaşlığı müzakirə edilib

post-img

Mayın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı aparılıb. 

Tərəflər Azərbaycan ilə Ukrayna ara­sında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib­lər.

Telefon danışığı zamanı Azərbaycan­la Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. İki ölkə və xalqlarımız arasında münasibətlərin tarixi təməllərə əsaslandığı, daim beynəlxalq hüququn norma və prinsiplərinə, o cüm­lədən ərazi bütövlüyü və suverenliyə hör­mət əsasında inkişaf etdiyi qeyd olunub. 

Ukrayna tərəfi Azərbaycanın Ukray­naya göstərdiyi humanitar yardımın ölkə­si üçün əhəmiyyətini vurğulayıb və buna görə minnətdar olduqlarını qeyd edib.

XQ

Son xəbərlər