Oftalmoloqların Gəncə konfransı

post-img

Səhiyyə Nazirliyi, Akade­mik Zərifə Əliyeva adına Mil­li Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cə­miyyətinin birgə təşəbbüsü ilə mayın 10-da Gəncə şəhərində Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş XIII Regional konfrans keçirilib. 

Konfransın keçirilməsində məqsəd oftalmologiyada baş verən yenilikləri, bu sahənin aktual məsələlərini müzakirə etmək, həmçinin region hə­kimlərinin bu konfranslarda iştirakını təmin edərək, onların inkişafına dəstək olmaqdır. 

Tədbirdə Bakı, Qobustan, Şəki, Gəncə, Göranboy, Yev­lax, Bərdə, Ağstafa, Göyçay və digər bölgələrdən mütəxəs­sis və alimlər iştirak ediblər. 

Mərasimi giriş sözü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akade­mik Zərifə Əliyeva adına Mil­li Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov açıb. O, öncə 10 may– ulu öndər Heydər Əli­yevin doğum gününə təsadüf edən konfransda ulu öndərin səhiyyə, xüsusilə oftalmogiya sahəsinə ayırdığı diqqətdən, onun həkimlər haqqında bil­dirdiyi dəyərli fikirləri bölüşüb: “Həkimləri insanlarla bir çox tellər bağlayır. Həkimin qəl­binin hərarəti ilə isinən, onun peşə ustalığı ilə tamamlanır. Onun şəxsi səmimiyyətini və diqqətini bir-birindən ayırmaq qeyri-mümkündür”. 

Sonra E.Qasımov Azər­baycanın tanınmış alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişa­fında müstəsna xidmətlərin­dən bəhs edib. O, qeyd edib ki, hazırda ölkəmizdə oftalmo­logiya təkcə paytaxt Bakıda deyil, regionlarda da yüksək səviyyədə inkişaf edib.

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini Yazgül Abdıyevanın “Azərbay­can Oftalmolqlar Cəmiyyətinin dünəni və bu günü” mövzu­sunda çıxışında ölkəmizin of­talmologiyasına töhfə verən qocaman alimlərimizdən, müasir oftalmologiyanın inki­şafından və digər məsələlər­dən bəhs edilib. 

Mərasimdə, həmçinin “Göz travmaları zamanı kor­luqla mübarizə”, “Gəncə şəhərində çəpgözlük diaq­nozu ilə aparilan müayinə və müşahidələrin nəticələri”, “Mərkəzi serroz xorioretinopa­tiya”, “Anti- VEGF terapiyası və yaşa bağlı makula dege­nerasiyasının müalicəsində olan uğursuzluqların səbəblə­ri”, “AOC Gənc Oftalmoloqlar Komitəsi. Amal, məqsəd və məramlar”, “Göyçay rayonu üzrə konyuktivitin rast gəlmə tezliyi və differensial diaqnos­tikası”, “Katarakta əməliyya­tından sonra quru göz sindro­mu” mövzularında məruzələr dinlənilib. Tibb üzrə fəlsəfə doktorları Mirana Mirişova, Rühəngiz Balayeva, Xalid Əli­yev, Aişə Şahmalıyeva, Qafar Tağıyev və digər oftalmoloqla­rın təqdim etdikləri məruzələr maraqla qarşılanıb.

Z.HÜSEYNOVA
XQ

Son xəbərlər