“Şuşada keçirilən Birinci Türkiyə-Azərbaycan Beyin Mərkəzləri Forumunda iştirak edən Türkiyə nümayəndə heyəti olaraq Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyevi ziyarət etdik”.
Bu haqda Türkiyənin Strateji Araşdırmalar Mərkəzinin “X” hesabında məlumat verilib.
Bildirilib ki, görüş zamanı Türkiyə-Azərbaycan əməkdaşlığının bütün aspektləri, eləcə də regional və qlobal hadisələr müzakirə edilib.
***
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Niderland səfiri Marian De Yonq ilə də görüşüb. Bu barədə Niderlandın Azərbaycandakı səfirliyi “X”də paylaşım edib.
Görüşdə regional məsələlər, Avropa İttifaqı ilə siyasi-iqtisadi əməkdaşlıq mövzuları müzakirə edilib. Eyni zamanda Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
XQ


