Ədliyyə nazirinin BƏƏ-yə səfəri

post-img

Noyabrın 25-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovu qəbul edib.

Fərid Əhmədov, ilk növbədə, Prezident İlham Əliyevin səmimi salamlarını BƏƏ dövlət başçısına çatdırıb. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Əbu-Dabidə baş tutan qəbul zamanı Azərbaycan və BƏƏ prezidentlərinin təşəbbüsləri sayəsində iki ölkə arasında münasibətlərin bütün istiqamətlər üzrə strateji tərəfdaşlıq səviyyəsində olduğu diqqətə çatdırılıb.

Söhbət zamanı iki ölkə arasında hüquqi, eləcə də ədliyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanların olduğu vurğulanıb.

XQ

Son xəbərlər